Bayramlar üst üstə düşdü 11 gün iş olmayacaq

02.12.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24- ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью