Bayramov Antalyada Mirzoyana sülh üçün şərtləri açıqladı

12.04.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupunun ləğv edilməsindən və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin bərpası qarşısında heç bir maneə qalmayacaq.

Axar.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью