Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əraqçi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, nazirlər Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərin və səylərin son gedişatı, həmçinin ikitərəfli əlaqələrlə bağlı məsələlər barədə danışıb və fikir mübadiləsi aparıblar.