Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı paylaşım edib.
Axar.az xəbər verir ki, bu barədə diplomat sosial media hesabında yazıb.
Diplomat Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi yüksək qiymətləndirib:
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Azərbaycanın dəstəyi ilə bərpa olunan Ukraynanın qəhrəman şəhəri İrpendə salamlamaqdan məmnunluq duyuram. Azərbaycanın Ukrayna ilə həmrəyliyinə və strateji tərəfdaşlığımızı gücləndirmək istiqamətindəki davamlı səylərimizə görə minnətdaram".