Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

23.01.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) geniştərkibli kollegiya iclası keçirilib.

Axar.az xəbər verir ki, nazir Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilən iclasda XİN-in rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.

Kollegiya iclası zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və XİN-in fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью