Bayramov Nurtleu ilə görüşdü

06.12.2024

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Murad Nurtleu ilə ayaqüstü görüş keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью