Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Ana Brnabiç ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycan-Serbiya əməkdaşlığının parlamentlərarası platformalarda gücləndirilməsi üzrə birgə səyləri müzakirə edilib.
Bu baxımdan qarşılıqlı səfər və görüşlərin, eləcə də parlament dostluq qruplarının rolu vurğulanıb.