Bayramovdan qəzaya düşən AZAL təyyarəsi ilə bağlı açıqlama

10.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Aktauda baş verən təyyarə qəzası hər zaman Azərbaycan dövlətinin gündəliyində və prioritetindədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Rusiya ilə təmaslar zamanı bu məsələni hər zaman qaldırırıq:

"Rusiya tərəfinin bizə verdiyi izah ondan ibarətdir ki, hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim ediləcək. Biz də həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik", - deyə nazir əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью