Bayramovdan sülh mesajı

18.11.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Bugünkü görüşdə Ermənistanla Azərbaycan arasında sülh prosesi, 100 minə yaxın insanın öz doğma yurdlarına qayıtması, mina təhlükələrinin mövcud olması və s. mövzularla bağlı fikir mübadiləsi apardıq”.

Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın federal xarici işlər naziri Yohan David Vadeful ilə birgə mətbuat konfransında bildirib:

“Yaxın Şərqdə davam edən müharibələr, münaqişələr, bölgəmizə və ölkələrimizə yaratdıqları risk faktorları barədə də fikir mübadiləsi apardıq. Nə qədər çətin olsa da, məsələlərin siyasi yollarla çözülməsi istiqamətində səyləri birləşdirmək, bu istiqamətdə də müsbət töhfələrin verilməsi qənaətindəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью