Bayramovla Mirzoyanın Maltada görüşü olacaq?

05.12.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ATƏT-in XİN Şurasının iclası çərçivəsində Maltada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü planlaşdırılmayıb.

Qeyd edək ki, hər iki nazir Maltada keçirilən ATƏT-in XİN Şurasının 31-ci iclasında iştirak edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью