Bayraq dirəyində tədqiqat aparacaq Danimarka şirkətinə 115 min manat ödəniləcək

08.05.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Dənizkənarı Bulvar İdarəsi Danimarkanın “Svend Ole Hansen ApS” şirkətilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, İdarə dövlət bayrağı dirəyinin uzunmüddətli istismarını təmin etmək, dayanıqlılığını artırmaq və güclü külək təsirlərinə qarşı müqavimətini yüksəltmək məqsədi ilə əlavə tədqiqatların aparılması və texniki hesabatların hazırlanması üçün “Svend Ole Hansen ApS” şirkətinə 115 min 296 manat ödəyəcək.
Qeyd edək ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью