BAYRAQ! Şeir

09.11.2024

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azadlığın yaş ölçüsü,

Tərəzisi, daşı bayraq!

İstəklərin, sevgilərin, 
Məsləklərin başı bayraq! 

Məmməd Əmin sözü bayraq,
Millətimin özü bayraq! 
Çaşıb, xor gözlə baxsalar,
Ovarıq o gözü, bayraq!

Gök türkümün çagı bayraq,
Qardaşlıgın bagı bayraq! 
İzn ver, uğrunda ölüm,
Gəl mənə de, ağı bayraq! 

Ey, xalqımın Nuhu bayraq,
Qəhrəmanlıq ruhu bayraq! 
Sənə gələn dərd bəlanı,
Qovarıq bəd ruhu, bayraq!

Bir kərə ucalan bayraq,
Tanrıdan, güc alan bayraq! 
Səndən ötrü can verməyə,
Hazırdır milyonlar, bayraq!

ŞAMİL

16.04.2023

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью