Bayraqsız nömrə ilə reysə çıxan BakuBus sürücüsü qayda pozdu VİDEO

16.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda "BakuBus"a məxsus avtomobilin sürücüsünün qayda pozuntusu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 12-də, paytaxtın İstiqlaliyyətlə Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 99-JZ-616 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü sola dönən zaman görüntünü qeydə alan avtomobilə yol vermədən hərəkət edib.

Eyni zamanda həmin avtobusun qeydiyyat nişanı da standarta uyğun olmayıb. Videodan da göründüyü kimi, qeydiyyat nişanında Azərbaycanın bayrağı tamamilə silinib. Bu cür qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə etmək qayda pozuntusu hesab edilir.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью