Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlanıb

06.05.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 may, AZƏRTAC

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən və Yusif Mərdan oğlu Məmmədova məxsus olan baytarlıq aptekində yoxlama keçiriblər.

Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığı məlum olub və bir sıra nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, yararlılıq müddəti bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью