Baytarlıq preparatları vergidən azad olundu

16.06.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabineti bir sıra kənd təsərrüfatı məhsul və avadanlıqlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını nəzərdə tutan yeni qərarlar təsdiqləyib.

Milli.Az xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, toxumçuluq, quşçuluq və arıçılıq sahələrində istifadə olunan avadanlıqların, həmçinin laboratoriya cihazlarının, eləcə də toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün nəzərdə tutulan maşınların siyahısı təsdiqlənib.

Bununla yanaşı, kənd təsərrüfatı heyvanları və quşların profilaktikası, diaqnostikası və müalicəsində istifadə edilən, idxalı ƏDV-dən azad olunan baytarlıq preparatlarının siyahısı da təsdiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью