Icma.az, Konkret.az saytına istinadən bildirir. Rusiyanın populyar Telegram kanallarının yazdığına görə, Baza kanalının baş redaktoru Qleb T
KONKRET.az xəbər verir ki, hazırda Trifonov Moskvanın Mərkəzi Administrativ Dairəsinin İstintaq İdarəsində saxlanılır.
Onun vəkili Aleksey Mixalçik redaktorla görüşə buraxılmayıb.
İyulun 22-si səhər saatlarında polis əməkdaşları Baza kanalının ofisində axtarış aparıblar.
Trifonov Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi – vəzifə səlahiyyətlərini aşma ittihamı ilə dindirməyə aparılıb.
İstintaqın versiyasına görə, naməlum polis əməkdaşları ona məxfi informasiyalar ötürüblər.
Ehtimallara əsasən, söhbət məhz AZAL qəzasi ilə bağlı məhdud girişli materiallardan gedir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl bəyan etmişdi ki, rəsmi Bakı beynəlxalq məhkəmələrə iddia qaldırmağa hazırlaşır.