Bazar günü əsl dəniz havası olacaq

22.08.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda avqustun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью