Bazar günü Gürcüstan prezidentinin andiçmə mərasimi olacaq KONKRET

26.12.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da saat 11:00-da başlayacaq və təxminən 40 dəqiqə davam edəcək.

KONKRET.az “Sputnik Gürcüstan”a istinadən  xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili deyib. Kavelaşvili dekabrın 14-də Gürcüstanın prezidenti seçilib. Prezident seçkiləri Amerika modeli üzrə keçirilib. O, seçki kollegiyasından 300 səsdən 224 səs toplayıb. Müxalifət seçkilərdə iştirak etməyib.

Vəli Həsənov,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью