Bazar günü parklanmaya görə ödəniş tələb etmək qanunsuzdur SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ VİDEO

07.05.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

“AzParking” əməkdaşları bazar günü paytaxtın müxtəlif ərazilərində təşkil edilən küçə parklanma yerlərində vətəndaşlar arasında maarifləndirmə işi aparırlar.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi özünün sosial şəbəkə hesabında və rəsmi saytında video paylaşıb.

Videoda Agentliyin mətbuat katibi Tural Orucov sürücülərə həftənin bazar günü parklanma qaydaları barədə məlumat verildiyini deyib:

“Kampaniyanın məqsədi sürücülərə bazar günləri küçə parklanma yerlərinin ödənişsiz olmağı barədə məlumat verməkdir. Xatırladaq ki, sürücülərdən parklanma adı ilə nağd pul tələbi tam qanunsuzdur. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik”.

Qeyd edək ki, bazar günü parklanmaya görə ödəniş tələb edən şəxslərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 141 və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verə bilərsiniz.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью