Bazara avtomobillə giriş qiymətləri 34 dəfə artırıldı; Yükləri əllə aparırlar VİDEO

13.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Göyçayda şəhər mərkəzində yerləşən bazara giriş üçün qiymətlər artırılıb. Əvvəllər kənd təsərrüfatı məhsullarını satmağa gələnlərdən  giriş üçün 50 qəpik - 3 manat arasında vəsait tələb olunurdusa, indi bu məbləğ 3-4 dəfə artırılıb.

Avtosfer.az-ın məlumatına görə, sakinlər maşınlarını bazardan kənarda saxlayaraq satmaq üçün gətirkləri məhsulları əllərində daşımalı olurlar.

Bazara daxil olmaq üçün  kimi 2 manat, kimi  də 5-7, hətta 12 manat ödəyir.

Satıcıların bəziləri məcbur qalıb 12 manat ödəməklə bazara giriblər.

Məsələ ilə bağlı  bazarın nümayəndəsi Coşqun Şərifov “Xəzər Xəbər”ə bildirdi ki, qiymətlərin qaldırılması bir-neçə ay əvvəldən olub.

Hazırda bazara maşınla girmək istəyənlər yüklərini əllə aparırlar.

Ətraflı videomaterialda.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью