Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə ərazisində hökm sürən dondurucu soyuqlar və qarlı hava şəraiti bazarlardakı piştaxtalara da "sirayət edib". Nəqliyyatın çətinləşməsi və tədarük zəncirindəki fasilələr gündəlik tələbat məhsullarının qiymətinə təsir edib.
Demokrat.az xəbər verir ki, bu barədə paytaxtın "8-ci kilometr bazarı"nda kənd təsərrüffatı məhsullarının satışı ilə məşğul olan şəxslər məlumat verib. Satıcıların sözlərinə görə, əlverişsiz hava şəraiti məhsulun gətirilməsinə və logistikasına birbaşa təsir etdiyindən, xüsusilə kartof, soğan və pomidorun qiymətində artım müşahidə olunur. Eyni zamanda süd məhsulları olan pendir və kərə yağının da bahalaşdığı qeyd edilir.
Mövcud vəziyyətdə bazarda kartofun 1 kiloqramının qiyməti, gətirildiyi bölgədən asılı olmayaraq, 20-30 qəpik, soğanın qiyməti isə orta hesabla 20 qəpik yüksəlib. Pendir və kərə yağında isə hər kiloqram üçün 30-50 qəpiklik artım qeydə alınıb. Satıcılar nikbindir və bildirirlər ki, havalar düzələndən sonra qiymətlər yenidən ucuzlaşacaq.
Lakin məsələyə iqtisadi tərəfdən yanaşan ekspert Xalid Kərimli bahalaşmanın təkcə hava ilə bağlı olmadığını vurğulayır. O bildirib ki: "Belə ki, bu məhsullar anbarlarda saxlanılır və ya istixanalarda yetişdirilib bazara çıxarılır. Əsas məsələrdən biri də 1 yanvardan etibarən dizel yanacağı 10 faiz bahalaşmasıdı. Bu əsas səbəbdir". (milli.az)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bu barədə paytaxtın "8-ci kilometr bazarı"nda kənd təsərrüffatı məhsullarının satışı ilə məşğul olan şəxslər məlumat verib. Satıcıların sözlərinə görə, əlverişsiz hava şəraiti məhsulun gətirilməsinə və logistikasına birbaşa təsir etdiyindən, xüsusilə kartof, soğan və pomidorun qiymətində artım müşahidə olunur. Eyni zamanda süd məhsulları olan pendir və kərə yağının da bahalaşdığı qeyd edilir.