Bazarda bir ilk: Unicapital TRUMP kriptovalyutasını təqdim edir

24.01.2025

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Unicapital İnvestisiya Şirkəti maliyyə bazarlarının ən son trendləri ilə uyğunlaşaraq, platformasına yeni kriptovalyuta - $TRUMP - əlavə etdi. Artıq investorlar ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi bu rəqəmsal valyuta ilə Unicapital-a məxsus UTrader platformasında ticarətə başlaya bilərlər.

Maliyyə bazarlarında geniş marağa səbəb olan bu kriptovalyutaya sahib olmaq üçün linkə keçid edin: https://unicapital.az/xidmetler/utrader/

Yüksək volatilliyə və potensial gəlirliliyə sahib bu kriptovalyuta cəsarətli qərarları sevən treyderlər üçün yeni imkanlar açır.

"Məqsədimiz müştəriləri geniş çeşiddə investisiya və ticarət alətləri ilə təmin etməkdir. Platformaya $TRUMP-ı əlavə etmək müasir tendensiyalarla ayaqlaşmaq istəyən müştərilərimizin ehtiyaclarını ödəmək üçün atılan bir addımdır", - deyə Tofiq Həsənov, Unicapital İnvestisiya Şirkətinin direktoru bildirib.

$TRUMP-a sahib olmaq və ya investisiya sahəsi ilə bağlı ümumi məlumat əldə etmək üçün (050) 820 01 17 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью