Bazarda bir satıcı alıcıları aldatmaq üçün görün hansı üsuldan istifadə edir VİDEO

22.11.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bazarda bir satıcı alıcıları aldatmaq üçün görün hansı üsuldan istifadə edir - VİDEO

Türkiyədə bazarda bir satıcı satdığı limonun çox şirəli olduğunu müştərilərə sübut etmək üçün hiylədən istifadə edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, o kəsdiyi limonu piştaxtanın arxasında suya batırıb, sonra havaya qaldıraraq sıxıb və vətəndaşları aldadıb.

Həmin anları lentə alan satıcı bunu sosial şəbəkədə "Deyirəm limonlar çox şirəlidir, niyə inanmırsız?" qeydi ilə paylaşıb.

Qısa müddətdə ən çox baxılanlardan birinə çevrilən videonun altına şərh yazan vətəndaşlar səlahiyyətliləri bu satıcı ilə bağlı bir tədbir görməyə çağırıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью