Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Mənzil bazarında qiymətləri analiz etdikdə fərdi yaşayış evlərinin bina evlərindəki mənzi
Aradakı qiymət fərqi 30-40 min manat, bəzən daha çox olur. Belə ki, Bakıətrafı ərazilərdə birotaqlı, sahəsi 55 kvadratmetr, tam təmirli fərd
Maraqlıdır, görəsən, həyət evləri ilə binalardakı mənzillərin qiymətlərində bu cür fərqin səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə qeyd edib ki, qiymət fərqini yaradan amillərdən biri həyət evlərinin infrastruktur cəhətdən inkişaf etmiş ərazilərdən kənarda yerləşməsidir: "Diqqət etsəniz, metro stansiyalarının ətrafında, əsasən, çoxmərtəbəli binalar yerləşir.
Məsələn, metronun "Neftçilər" stansiyasının yaxınlığındakı kimi, fərdi yaşayış evləri isə kənarda, Bakıxanov qəsəbəsi ərazisindədir".
Çıxarış problemi Ekspert bildirib ki, fərdi yaşayış evlərinin ucuz olmasının digər səbəbi yaşayış evinin, torpaq sahəsinin xüsusi mülkiyyətdə olub-olmaması ilə bağlıdır: "Qiymətdə nisbətən ucuz olan fərdi yaşayış evlərinin torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, ya bələdiyyə, ya da dövlət mülkiyyətindədir.
Qiymət təklif olunarkən də yalnız onun üzərindəki mənzilin qiyməti hesablanır.
Xüsusi mülkiyyətdə olan torpaq sahələrində tikilmiş evlər isə binalardakı mənzillərdən də baha satılır.