Bazarda qiymətlərə təsir edəcək qərar Müddət uzadılır

18.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə zərfi çərçivəsində müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, Azərbaycanda istehsal olunan (o cümlədən sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə — 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, sənəddə həmçinin strateji ərzaq məhsullarının qiymət sabitliyinin qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə buğdanın idxalı və satışı, eləcə də buğda ununun və çörəyin istehsalı və satışının daha 3 il müddətinə — 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunması əksini tapıb.

Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib. Elektronika məhsulları

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью