Icma.az, Cebheinfo saytına istinadən bildirir. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisad
Bununla da, Azərbaycan və Çin arasında əməkdaşlıq yeni mərhələyə keçdi.
Bu səfər fonunda gündəmə gələn əsas suallardan biri də əməkdaşlığın Azərbaycan daxili bazarına təsirləri ilə bağlıdır.
Çin ilə sıxlaşan əməkdaşlıq ölkə daxilində hansı seqmentdə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər?
“Cümhuriyət”-ə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanın ABŞ ilə Çin arasında baş verən “rüsum müharibəsi”ndən istifadəsi təqdirəlayiqdir.
Onun sözlərinə görə, Çindən Azərbaycana nə qədər mal idxal edilirsə, bütün çeşidlər üzrə ucuzlaşma müşahidə ediləcək: “Çin bu gün dünya iqtisadiyyatının aparıcı qüvvələrindənbirinə çevrilib, xüsusilə də istehsal sahəsində.
texnologiya sahəsində isə hələ də Avropa ölkələri və Amerikadan bir qədər geri qalır.
Amma bu istiqamətdə də sürətli irəliləyişlər müşahidə olunur və Çin bu sahədə ciddi inkişaf mərhələsindədir.