Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Bu gün biz daha təbii və ekoloji cəhətdən sağlam qidalar axtarırıq, onu da tapmaq o qədər də asan deyil. Belə məhsullardan biri də kərə yağıdır. El dilində demiş olsaq, nehrə yağı! Amma hansı bazara gedirsən deyirlər ki, guya onlar kərə yağı satırlar.
Evə gətirib, ondan yemək hazırlayırsan və görürsən ki, kərə yağın tamın vermir və üstəlik də başqa bir xoşagəlməz qoxu olur. Qida üzrə ekspert Adil Məmmədov deyir ki, bazarlarda və marketlərdə satılan kərə yağı adı satılan məhsulların əksəriyyəti saxta məhsullarıdır. Birincisi, həmin yağların sertifikatı olmalıdır. Bununla yanaşı, kərə yağı ilə başqa yağlar rənginə və qoxusuna görə bilinir.
Sadəcə olaraq , onu ayırmağı hər adam bacarmır. Amma buna baxmayaraq, insanların əksəriyyəti yağı alarkən çətinliklə üzləşirlər. Ən yaxşı nəzarət satıcıların vicdanıdır. Əgər vicdan yoxsa, həmin satıcının üstündə yüz nəzarətçi olsa, belə yenə o, istədiyin edəcək. Yəni kərə yağı əvəzinə saxta yolla hazırlanmış məhsul satacaq!!!
Emil FAİQOĞLU