Bazarstore inzibati məsuliyyətə cəlb edilib

23.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən "Bazarstore" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью