Bazarstore”dan möhtəşəm 5 Gün kampaniyası sizi gözləyir!

07.04.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Bazarstore” "Möhtəşəm 5 Gün” kampaniyası ilə müştərilərini sevindirməyə davam edir.  

AZXEBER.COM xəbər verir ki, 9-13 aprel tarixləri arasında keçiriləcək kampaniya ilə sizə geniş çeşidli məhsullarda inanılmaz endirimlər və xüsusi təkliflər təqdim edilir. İstər gündəlik istifadə etdiyiniz ərzaq məhsulları, istərsə də evinizin hər hansı bir küncünü yeniləmək üçün ehtiyac duyduğunuz məhsullar  bir sözlə, hər şey "Bazarstore”da bu beş gün ərzində daha sərfəli qiymətə olacaq.

Kampaniya müddətində düyüdən konfetə, toyuqdan kolbasaya, süddən pendirə, şampundan yuyucu toza, təmizlik bezindən qazanlara qədər yüzlərlə  məhsulda müştərilərimizi cəlbedici endirimlər gözləyir. Evinizin ehtiyaclarını, mətbəx alətlərini və şəxsi qulluq məhsullarını "Bazarstore”-da ən uyğun qiymətlərlə əldə etmək fürsətini qaçırmayın. 

"Möhtəşəm 5 Gün” kampaniyasının əsas məqsədi müştərilərə yüksək keyfiyyətli məhsulları büdcələrinə uyğun qiymətlərlə təqdim etməkdir. Kampaniya çərçivəsində supermarketin geniş məhsul çeşidi daha əlçatan olacaq. 

Bazarstore, hər zaman müştərilərinin rahatlığını və ehtiyaclarını ön planda tutaraq, keyfiyyətli məhsullar və sərfəli qiymətlər təqdim edir.

Bu inanılmaz təklifləri qaçırmayın və alış-verişinizi "Bazarstore”dan edin!

"Bazarstore” edərsə, inanın!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью