Bazasına zərbə endirməklə ABŞ a başa saldıq ki... SEPAH

26.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ İrana qarşı hərbi əməliyyatda İsraili dəstəkləməklə güc balansını öz xeyrinə dəyişə bilmədi.

Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

“Məğlub və cinayətkar Amerika ordusunun İsrail hərbçilərinə dəstək məqsədi ilə qarşıdurmaya girməsi güc balansına təsir göstərə və İranın hərbi üstünlüyünü zəiflədə bilmədi”, - bəyanatda bildirilib.

Vurğulanıb ki, Tehran Qətərdəki Amerika hərbi bazasına raket zərbəsi endirməklə bunu Vaşinqtona bir daha açıq şəkildə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью