BBAK da növbəti “DogShow” təşkil olunub FOTOLAR

21.03.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

2001-ci ildən fəaliyyət göstərən Azərbaycan Kinoloqlar Birliyi növbəti “DogShow” təşkil edib.

"Unikal" xəbər verir ki, Beynəlxalq Kinologiya Federasiyasının dəstəyi ilə baş tutan tədbirə Bakı Beynəlxalq Avtovağzal Kompleksində fəaliyyət göstərən “Crossway Baku Hotel” ev sahibliyi edib.

Şouya Azərbaycanla yanaşı Qazaxıstan, Rusiya və Gürcüstandan və digər MDB ölkələrindən gələn itsevərlər qatılıb. Sərginin məqsədi heyvanların görünüşü və davranış standartlarının yoxlanılmasıdır. Sərginin ilk günündə müxtəlif cinsdən olan 50 it nümayiş etdirilib.

Bir neçə gün davam edəcək tədbirdə qaliblərə xatirə hədiyyələri təqdim ediləcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью