BBAK ın oktyabr ayı üzrə reys və sərnişin statistikası

04.11.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin oktyabr ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 6762  reyslə 156 889 sərnişin yola salınıb.

"Unikal" xəbər verir ki, onlayn gediş bileti əldə edən sərnişinlərin sayı isə 41 197 və ya 26.3% olub.

2025 - ci ilin oktyabr ayı üzrə reys və sərnişin statistikasını təqdim edirik: 

1. Bakı-Gəncə: 686 reys 23 234 sərnişin
2. Bakı-Q.Körpü: 470 reys 17 011 sərnişin
3. Bakı-Xaçmaz-Xudat: 446 reys 13 966 sərnişin
4. Bakı-Qusar: 420 reys 10 162 sərnişin
5. Bakı-Quba: 402 reys  9579 sərnişin
6. Bakı-Mingəçevir: 294 reys 8287 sərnişin
7. Bakı-Şəki: 342 reys  6574 sərnişin


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью