BBC nin müxbiri: Tramp mənə zəng edəndə yatmışdım

15.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

BBC-nin Şimali Amerikadakı baş müxbiri Qeri O`Donohyu ABŞ Prezidenti Donald Trampın ona telefon vasitəsilə verdiyi müsahibə ilə bağlı maraqlı detalları açıqlayıb.

Oxu.Az bu barədə BBC-yə istinadla xəbər verir.

Onun sözlərinə görə, eksklüziv müsahibə bir il əvvəl Pensilvaniyada Amerika liderinə qarşı sui-qəsd cəhdinə həsr olunmuşdu.

Qeri O`Donohyu bildirib ki, iyulun 13-ü axşam saatlarında bir neçə dəqiqə sonra ona Ağ Evdən zəng ediləcəyi deyilsə də, bu baş verməyib:

"Telefon danışığının baş tutacağından ümidimi kəsmişdim. Lakin sonra zəng edildi".

Müxbir etiraf edib ki, iyulun 14-ü axşam ona Ağ Evdən zəng gələndə yatırdı:

"Telefonu açdım, Ağ Evin mətbuat katibi Karolin Levittin səsi gəldi: "Salam, Qeri, prezident yanımdadır, buyurun".

İş otağıma qaçdım, səsin qeydə alınması üçün rəqəmsal cihazı götürməyə çalışdım, xətt kəsildi. Amma yenidən əlaqə saxladılar".

Müxbir vurğulayıb ki, müsahibə 20 dəqiqə davam edib:

"Prezident Tramp müsahibəsində bildirib ki, Putindən məyus olub, lakin hələ ümidini itirmir. O, Putinə inanıb-inanmadığı sualına "Mən demək olar ki, heç kimə inanmıram" cavabını verib".

NATO məsələsinə toxunan Tramp kollektiv müdafiə prinsipinə inandığını söyləyib, çünki bu kiçik ölkələrə böyük dövlətlərdən qorunmağa imkan verir.

O əlavə edib ki, Amerika hazırda yenidən böyük ölkə olub, bir il əvvəl isə ölü ölkə idi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью