BBC Qəzza ilə bağlı sənədli film üçün üzr istədi | Icma.az
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin BBC yayım qurumu “Qəzza: Müharibə bölgəsində necə sağ qalmaq olar” adlı sənədli filmində yol verilən ciddi səhvlərə görə üzr istədiyini açıqlayıb.
BBC sözçüsünün verdiyi məlumata görə, sənədli film yayımlandıqdan dərhal sonra BBC-nin seç-izlə platforması “iPlayer”dən çıxarılıb və aparılan ilkin araşdırma nəticəsində filmin hazırlanmasında həm prodüser şirkətin, həm də BBC-nin ciddi xətalar etdiyi müəyyən edilib.
Yenicag.az xəbər verir ki, sözçü bu səhvlərin qəbuledilməz olduğunu və BBC-nin etibarına zərər vurduğunu bildirib: “BBC News bu xətalara və qurumun imicinə vurulan ziyana görə tam məsuliyyəti öz üzərinə götürür.
Buna görə üzr istəyirik”. BBC sözçüsü filmin aparıcısı olan 14 yaşlı Abdullah əl-Yazurinin Fələstində Hamas hökumətində Kənd Təsərrüfatı naz
Onun sözlərinə görə, BBC bu məsələni sənədli film yayımlandıqdan sonra öyrənib.
BBC bu faktın prodüser şirkət “Hoyo Films” tərəfindən quruma bildirilmədiyini etiraf edib.
Bundan əlavə, sənədli filmin aparıcısı olan Abdullah əl-Yazuriyə roluna görə pul ödəndiyi də açıqlanıb.
Tam oxu
Xəbəri oxu