Icma.az bildirir, Olke.az portalına istinadən.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Böyük Britaniyaya açıq çağırış edərək BBC-nin yayımladığı “saxtalaşdırılmış” süjetə görə rəsmi Londondan üzr tələb edib.
"Ölkə.az" xəbər verir ki, onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşən BBC yanlış məlumat yaydığı üçün hüquqi məsuliyyət daşıyır.
Kobaxidze bildirib ki, Tbilisi məsələ ilə bağlı Britaniyanın müvafiq tənzimləyici qurumuna müraciət edəcək və lazım gələrsə, məhkəmə yolu da seçiləcək. Baş nazir hadisəni “süni şəkildə qalmaqal yaratmaq cəhdi” adlandırıb.
O həmçinin vurğulayıb ki, su şırnağı tətbiqi ilə bağlı epizodların araşdırılması artıq yekunlaşıb, Gürcüstan beynəlxalq sorğular üçün tam açıqdır. Hadisədən sonra yüngül zəhərlənmə diaqnozu ilə müraciət edən bütün şəxslər isə növbəti gün xəstəxanadan evə buraxılıb.(Musavat.com)