BBC: “TikTok” və “Meta” alqoritm rəqabətində istifadəçi təhlükəsizliyini riskə atıb

16.03.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 16 mart, AZƏRTAC

Sosial media nəhəngləri olan “TikTok” və “Meta” istifadəçilərin diqqətini cəlb etmək uğrunda apardıqları alqoritm rəqabətində insanların xəbər lentində daha zərərli məzmunun yayılmasına imkan verən qərarlar qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Onlarla şirkət əməkdaşı və daxili mənbə sosial media platformalarının zorakılıq, cinsi şantaj və terrorizm kimi mövzularla bağlı təhlükəli məzmunun yayılması riskini nəzərə almayaraq istifadəçilərin diqqətini artırmağa çalışdıqlarını açıqlayıb.

“Meta” şirkətində çalışan mühəndislərdən biri bildirib ki, rəhbərlik onlara istifadəçilərin lentində zərərli məzmunun, o cümlədən qadınlara qarşı nifrət və müxtəlif konspirasiya nəzəriyyələrinin daha çox görünməsinə icazə verməyi tapşırıb. Onun sözlərinə görə, bu addım “TikTok” ilə rəqabət aparmaq məqsədilə atılıb.

“TikTok” əməkdaşlarından biri BBC-yə bildirib ki, şirkətdə bəzi hallarda siyasətçilərlə bağlı məsələlərə daha çox diqqət ayrılıb, halbuki uşaqlarla bağlı zərərli paylaşımlar haqqında çoxlu şikayətlər olub. Onun sözlərinə görə, bu qərarlar istifadəçilərin təhlükəsizliyindən çox siyasi fiqurlarla münasibətləri qorumaq və mümkün qadağaların qarşısını almaq məqsədi ilə verilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью