BBCnin radio olaraq yayıma başlamasından 102 il keçir

15.11.2024

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


BBC radiosunun fəaliyyətə başlamasından 102 il keçir.
Newscenter.az xatırladır ki, British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
1927–1938 arasında BBC-nin ümumi sədrliyini icra edən Con Reith (sonradan Lord Reith) quruluşun ilk illərində əhəmiyyətli bir rol oynadı. Imperiya səviyyəsində qısa dalğa yayımları başlatdı. 1936-cı ildə ilk televiziya verilişlərinin inkişaf etdirilməsi işlərini idarə etdi. Reith'in, yayımı ictimai xidmət olaraq görən anlayışı İngiltərədə çox bəyənildi.
İkinci dünya müharibəsi zamanı kəsilməyə başlayan televiziya verilişləri, 1946-cı ildə yenidən başladı. BBC Avropadakı ilk nizamlı rəngli televiziya verilişlərini 1967-ci ildə başladı. 1954-cü ilə qədər televiziya sahəsində təkəlini qorudu. BBC-nin radio sahəsindəki monopoliyası da 1970-ci illərin əvvəllərində hökumətin ticarət yayımlarına icazə verməsi ilə sona çatdı.
Mehman Mehdiyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью