BCM Netanyahu və sabiq müdafiə naziri barədə həbs qərarını qüvvədə saxlayıb

15.12.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Cinayət Məhkəməsinin apellyasiya şöbəsi İsrailin Qəzzadakı hərbi əməliyyatlarla bağlı arqumentlərinə qarşı hökm çıxarıb.

APA-nın “Middle East Eye”a istinadən xəbərinə görə, apellyasiya şöbəsi BCM-in İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barədə həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, İsrail dəfələrlə BCM-nin apellyasiya şöbəsinə müraciət edərək, araşdırmaların nəticələrinin etibarsız olduğunu iddia edib və məhkəmənin Baş prokuroru Kərim Xanı qərəzli olmaqda ittiham edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью