BCM Netanyahunun və Qallantın həbsinə order verdi AzPolitika onlayn siyasiictimai qəzet

21.11.2024

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib.

"AzPolitika" xəbər verir ki, beynəlxalq məhkəmə hər iki şəxsin cinayət törətdiyini güman etməyə əsaslar olduğunu elan edib.

Qeyd edək ki, BCM-nin baş prokuroru mayın 20-də adıçəkilən şəxslərin həbsi ilə bağlı müraciət edildiyini bildirmişdi. 

8 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında Netanyahu və Qallantın müharibə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığına dair ağlabatan əsasların olduğunu elan etmişdi.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью