BDU 29 min manatlıq hədiyyələr alır Armudu stəkan, qalstuk…

02.12.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsi başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Admedia.az” MMC (VÖEN: 2002644161) olub.
“Admedia.az” MMC Universitetə müxtəlif hədiyyəlik məhsullar satacaq və qarşılığında 28 min 703 manat 50 qəpik alacaq.
Qeyd edək ki, BDU ümumilikdə 12 adda hədiyyəlik məhsul satın alacaq:
VİP qovluq – 20 ədəd;
Hədiyyəlik VİP kepka – 30 ədəd;
Hədiyyəlik VİP polo köynək – 30 ədəd;
Hədiyyəlik bloknot – 30 ədəd;
Hədiyyəlik qələm dəsti – 20 ədəd;
Armudu stəkan dəsti (tək) – 10 ədəd;
Qalstuk (152×6 sm) – 20 ədəd;
Qalstuk (157×8 sm) – 30 ədəd;
Butalı ipək kəlağayı (80×80 sm) – 20 ədəd;
Butalı ipək kəlağayı (1,5×1,5 m) – 10 ədəd;
Qızıl suyuyla işlənmiş VİP suvenir-xatirə hədiyyəsi (36×47 sm) – 5 ədəd;
Qızıl suyuyla işlənmiş VİP suvenir-xatirə hədiyyəsi (27×31 sm) – 5 ədəd.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, ev 2G-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Emin Əjdər oğludur.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью