BDU da əmək bazarında yeni çağırışlara dair “workshop” təşkil olunub

28.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Karyera və Məzunlarla İş Mərkəzi və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə “Əmək bazarında yeni çağırışlar” adlı “workshop” keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının aparıcı mütəxəssisi Jalə Bənnayeva əmək bazarındakı müasir tendensiyalar, yeni çağırışlar, gənclərin məşğulluq imkanları və bu istiqamətdə dövlətin həyata keçirdiyi proqramlar haqqında məlumat verib. Həmçinin, əmək bazarının dəyişən strukturu, rəqəmsallaşma və texnologiyanın təsiri ilə formalaşan yeni ixtisaslar, bu sahədə aparılan islahatlar barədə danışıb.

İnfosessiyada gənclərin əmək bazarına uğurla daxil ola bilmələri üçün zəruri olan bacarıqlar, təcrübə proqramları, könüllülük fəaliyyəti və karyera planlamasının vacibliyi vurğulanıb.

Sessiyanın sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью