BDU da FUTURE17 Challenge proqramının mentorları ilə görüş olub

24.09.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetində (BDU) "FUTURE17 Challenge" proqramı çərçivəsində seçilmiş mentorlarla ilkin görüş keçirilib.

Bu barədə 525.az-a BDU-dan bildirilib. BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun iştirak etdiyi görüş zamanı "FUTURE17 Challenge" proqramının məqsədlərindən danışılıb. Həmçinin qarşıdakı mərhələlər, mentorların proqram çərçivəsində rolu və iştirakçılarla iş mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, proqram çərçivəsində mentorların təcrübə və biliklərindən istifadə etməklə iştirakçıların innovativ ideyalarının inkişaf etdirilməsi, layihələrin təkmilləşdirilməsi və real problemlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.

Dünyanın nüfuzlu reytinq qurumlarından biri olan QS və İngiltərənin Ekseter Universiteti tərəfindən həyata keçirilən “FUTURE17 Challenge” layihəsinin tərəfdaşlarından biri də BDU-dur. Bu layihə çərçivəsində gənclərin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqəli innovativ ideyalarının və layihələrinin inkişaf etdirilməsinə, sosial və ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur. Proqram iştirakçıların innovativ düşüncə, komanda işi, layihələrin idarə olunması və problemyönümlü yanaşma bacarıqlarının inkişafına imkan yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью