BDU da harmonik analizin aktual problemləri tədqiq edilir

02.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın “Parabolik total Morri fəzalarında parabolik kəsr maksimal operatorun kommutatoru” (“Commutators of parabolic fractional maximal operators on parabolic total morrey spaces”) adlı məqaləsi “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan “Mathematical Methods in the Applied Sciences” jurnalında dərc olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə parabolik total Morri fəzalarında parabolik kəsr maksimal kommutator operatoru və parabolik kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью