BDU da idman turnirinə yekun vurulub

04.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman-Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş idman turnirinin bağlanış mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bağlanış mərasimindən əvvəl idman yarışları çərçivəsində fakültələrarası futbol turnirində III yerin sahibi müəyyənləşib və final oyunu keçirilib. Oyunların nəticələrinə görə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin komandası Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qalib gələrək, turnirdə III yeri tutub. Finalda isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinə qalib gəlib.

Daha sonra tələbələr arasında təşkil olunan şahmat, dama və tennis turnirlərinin qalibləri, eyni zamanda, fakültələrarası voleybol və futbol turnirlərində ilk üç yeri tutmuş komandalar kubok, medal və sertifikatlarla mükafatlandırılıb.

İdman turnirində 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью