BDU da İƏT Model Məzunlar Assosiasiyasının görüşü keçirilib

04.09.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏTGF-ARM) tərəfindən İƏT Gənclər Günü münasibətilə İƏT Model Məzunlar Assosiasiyasının təsis edilməsi ilə bağlı görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, İƏTGF-ARM-in baş direktoru Rafiq İsmayılov, İƏT model məzunu və Yaponiyanın Vaseda Universitetinin tədqiqatçısı Pərvin Rəhimli çıxış edərək, assosiasiyanın məqsəd və vəzifələrindən söz açıblar.

Daha sonra İƏTGF-ARM-in baş direktorunun müavini Ramin Həbibzadə iştirakçılarla interaktiv müzakirələr aparıb.

Qeyd edək ki, İƏT Model Məzunlar Assosiasiyasının yaradılmasında əsas məqsəd tələbələrin sosial əlaqələrinin genişləndirilməsi, onlar üçün mentorluq şəbəkəsinin yaradılması və proqramın təkmilləşdirilməsi üçün məzun rəylərinin toplanmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью