BDU da “planetlərin paradı”nın astronomik müşahidəsi təşkil ediləcək

02.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 mart, AZƏRTAC

Martın 3-də Bakı Dövlət Universitetində (BDU) “Planetlərin paradı”nın astronomik müşahidəsi keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Planetlərin paradı”nda 6 planet iştirak edəcək. Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanacaqlar. Günəşdən sıralanma ardıcıllığı belə olacaq: Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter.

“Planetlərin böyük paradı”nı Günəş batdıqdan dərhal sonra təxminən bir saatlıq müddət ərzində izləmək mümkün olacaq. Bakı vaxtı ilə Günəş saat 18:34-də batacaq, bunun ardınca isə artıq Merkuri, Venera, Neptun və Saturn qərbdə Günəş batdığı istiqamətdə üfüq yaxınlığında olacaqlar.

Müşahidə tədbiri BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin önündə həyata keçiriləcək. Müşahidə “Celestron - Schmidt Cassegrain” teleskopu vasitəsilə aparılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью