Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 22 oktyabr, AZƏRTAC Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həm
Tədbir şəhid Xudayar Yusifzadənin anım gününə ithaf olunub.BDU-dan AZƏRTAC-a bildirilib ki, Geologiya fakültəsinin sosial məsələlər və tələb
O, şəhid Xudayar Yusifzadənin döyüş yolundan, onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan bəhs edib.
Xudayar Yusifzadə kimi gənclərin Azərbaycan gəncliyi üçün örnək, xalqımız üçün isə qürur mənbəyi olduğunu diqqətə çatdırıb.Sonra şəhidin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.Dəyirmi masada tələbələrə Xudayar Yusifzadənin qəhrəmanlığı, Vətən sevgisi, fədakarlığı və gəncliyə buraxdığı mənəvi mirasla bağlı suallar ünvanlanıb.
Fakültə tələbələri şəhidin inam, iradə və mübarizə ruhunu müasir Azərbaycan gəncliyi üçün örnək kimi qiymətləndiriblər.Tədbirin bədii hissəsində Geologiya fakültəsinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub, Vətənə həsr edilmiş şeirlər səsləndirilib və “Xudayar təsnifi” ifa edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.