BDU da sərgi: “Özbək qadının identikliyi”

30.09.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 sentyabr, AZƏRTAC

Özbəkistanın Mirzə Uluqbəy adına Özbək Milli Universitetinin Psixologiya kafedrasının bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin qonağı olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Özbək Milli Universitetinin Psixologiya kafedrasının professoru Dilbər Muxamedova, professor əvəzi Ruxsora Xudratullayeva, psixologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Əzizə Turakulova, kafedranın baş müəllimi Diyora Xocaxulova fakültə dekanı Rövşən Cavadovla görüşüblər.

Qonaqlar, həmçinin Psixologiya, Sosial və pedaqoji psixologiya kafedralarında olublar. Psixologiya kafedrasının müdiri psixologiya elmləri doktoru Səxavət Əliyeva, professorlar Rəna Qədirova, İmdad Bayramov, dosentlər Sevinc Quliyeva, Azər Mustafayev, Kamilə Kazımova, psixologiya üzrə fəlsəfə doktoru Nigar Nəsirova özbək alimləri ilə elmi müzakirələr aparıb, fikir mübadiləsi ediblər.

Özbək qonaqlar Sosial elmlər və psixologiya fakültəsində “Özbək qadının identikliyi” mövzusunda sərgi nümayiş etdiriblər. Sərgidə Özbəkistan qadınlarının elm, mədəniyyət və idmanın inkişafına verdiyi töhfələri əks etdirən fotoeksponatlar nümayiş etdirilib. Eksponatlarda Özbəkistan qadınlarının özünəməxsus xüsusiyyətlərini və xarakterini təcəssüm etdirən məqamlar yer alıb, onların cəmiyyətdə və mədəniyyətdəki roluna xüsusi diqqət çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью