BDU da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə

29.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

2025-2026-cı tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Bakı Dövlət Universitetində (BDU) təkrar ali təhsil almaq istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью