BDU da “workshop”: “CV dən kənarda qalan bacarıqlar”

29.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin məzunu, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi, təlimçi və mentor Toğrul Ələkbərov “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə tələbələr üçün “CV-dən kənarda qalan bacarıqlar” mövzusunda “workshop” keçirib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbələrə müasir əmək bazarında təkcə CV-də qeyd olunan akademik göstəricilərin deyil, ünsiyyət, komandada işləmə, liderlik, problem həll etmə, vaxtın idarə olunması və emosional zəka kimi bacarıqların əhəmiyyəti praktiki nümunələr əsasında izah olunub. Təlimçi real iş mühitindən nümunələr və interaktiv tapşırıqlarla bu bacarıqların inkişaf etdirilməsi yollarını təqdim edib.

Sonda iştirakçıların sualları cavablandırılıb, onların karyera planlamasında diqqət etməli olduqları mühüm məqamlar önə çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью